“Xəzər Lənkəran”ın yeni transferi: Rəqabətdən qorxmuram
08.01.2011 - 00:07
“Maliyyə məsələlərini əsas tutsaydım, “Muğan”ı çoxdan tərk edərdim. Çünki orda oynayan vaxt başqa klublardan daha cəlbedici təkliflər almışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayev deyib.
Yeni komandası ilə 2 il müddətini əhatə edən müqaviləyə imza atan yarımmüdafiəçi “Muğan”ı məhz Lənkəran təmsilçisinə dəyişməsində pul amilinin həlledici olmadığını bildirib: “Cəlbedici təkliflərə baxmayaraq, həmin vaxt “Muğan”dan getmədim, qalıb oynadım, inkişaf etdim. “Xəzər Lənkəran”ı seçməyimdə maliyyənin mühüm rol oynadığını düşünənlər isə yanılırlar. Güclü komandaya keçib, ehtiyatda oturmaq şərt deyil. Gərək getdiyin yerdə əsas heyətin üzvünə çevrilə biləsən. Bunun üçün çalışacağam. Özümü hazır sayıram. Rəqabətdən də qorxmuram”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0