Azərbaycan yığmasının baş məşqçisinə davamçı axtarılır
08.01.2011 - 17:41
Almaniya mətbuatı yeni mövzu üzərində baş sındırır. Apasport.az saytının məlumatına görə, həmkarlarımız qadın məşqçinin kişilərdən ibarət komandalara rəhbərlik etməsini gündəmə çıxarıb. Bu məsələni müzakirə edən almaniyalılar Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi Sissi Raytı da unutmayıblar. Onlar 51 yaşlı xanım mütəxəssisin bu sahənin cığıraçanı olduğunu xatırladıblar. Rayta davamçı axtaran almanlar 2009-cu ilin yanvarından oktyabrına kimi “Exinq” klubunun kişi komandasına rəhbərlik edən mütəxəssisin yolu ilə kimin gedəcəyini düşünür. İndi Almaniya həmin vaxt “Sissi bizim üçün çox yaxşıdır” deyən klub rəhbərliyinin bu addımının Bundesliqada təkrarlanmasının intizarındadır.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0