“Futbolçularım gözəl oyun sərgilədilər”
10.01.2011 - 10:10
“Birinci hissədə futbolçularım gözəl oyun sərgilədilər. Erkən qol vurulması oyunun gedişatına müsbət təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “bankirlər” ikinci yoxlama görüşündə qələbə qazanıblar. Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşan “İnter” rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Gürcüstanlı mütəxəssis bu matçdan razı qalıb: “Qarşılaşmanın sonuna yaxın futbolçularım konsentrasiya məsələsində ehtiyatsız davrandı və bu cavab qolu ilə nəticələndi. Lakin komanda yorğunluğun fonunda üstünlüyü ələ alaraq rəqibin qapısına ikinci dəfə yol tapmağı bacardı. Ümumilikdə oyundan razı qaldım və komandanın hərtərəfli güclənməsinə yardımçı olacaq hazırlıqların bundan sonra da davam edəcəyik”.
Xatırladaq ki, ilk yoldaşlıq görüşündə “İnter” Türkiyənin “Manisaspor” klubu ilə heç-heçə etmişdi.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0