Rednik “Xəzər Lənkəran”ın düşərgəsinə 3 yeni futbolçu aparır
10.01.2011 - 14:38
“Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik komandasının düşərgəsinə 3 yeni futbolçu aparır. Apasport.az saytının məlumatına görə, vətənində olduğu müddətdə bir sıra oyunçularla danışıqlar aparan mütəxəssis klubun Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına 3 həmyerlisi ilə yollanıb. Rumın həmkarlarımızın iddiasına görə bunlar Andrey Mureşan, Adrian Skarlataşe və Nikolay Muşatdır. Rumıniya mətbuatının müxtəlif vaxtlarda Azərbaycan təmsilçisinə sırımaq istədiyi Banel Nikolita, Surdu Romeo, Florin Bratu, Çezinya, Osman N’Doye, və İonel Dankuleskunun keçidi isə mümkün olmayıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0