Starkov getdi, “Bakı” Şeferə qaldı
10.01.2011 - 17:14
Yanvarın 8-də “Bakı” klubu ilə danışıqlar aparmağa gələn latviyalı mütəxəssis Aleksandr Starkov vətəninə qayıdıb. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, komandada baş məşqçi dəyişikliyi alınmayıb. Buna almaniyalı mütəxəssis Vinfrid Şeferin müqaviləsinin hələ davam etdiyini əsas gətirərək, “Bakı”nın sükanı arxasından ayrılmaq istəməməsi səbəb olub.
Məmmədov yanvarın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplantısında komandaya Şeferin rəhbərlik edəcəyini açıqlayıb: “Biz nə Şeferlə qurtara bilmişik, nə də Starkovu baş məşqçi təyin etmişik. Gərək biri ilə yollarımızı ayıraq ki, o biri ilə anlaşaq. Əks halda, FİFA və UEFA-nın sanksiyaları ilə üzləşə bilərik. Ona görə də komandamızın yanvarın 15-dən Antalyada start götürəcək hazırlıq prosesinə Şefer rəhbərlik edəcək”.
Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin yayında “Bakı” ilə 2 illik müqavilə bağlayıb.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0