“Neftçi”də 10 legioner
11.01.2011 - 11:33
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan Qırğızıstan çempionu “Neftçi” klubu heyətinə 10 legioner qatıb. Apasport.az saytının məlumatına görə, Koçkor-Ata təmsilçisi bu həftə start götürəcək yarış ərəfəsində heyətini gücləndirməyi lazım bilib. Bu səbəbdən də qırğızlar 4 ölkədən 10 futbolçunu turnirə aparacaq. Bunlar Luka Blagojeviç, Marko Nedelkoviç, Miroslav Petrojineviç (hamısı Serbiya), Kirill Pryadkin, Kirill Kekker (hər ikisi Qazaxıstan), Tursunboy Xusanov, Nodirbek Koziev (hər ikisi Özbəkistan) və ukraynalılar İqor Koryak, Vadim Tarasov, Dmitri Boykodur.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0