“İnter” Türkiyədə ikinci qələbəsini qazandı
12.01.2011 - 09:28
Bakının “İnter” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələrinin rəqibi yerli Superliqa təmsilçisi "Karabükspor" komandası olub.
Bakılılar qonşu ölkədəki 4-cü yoxlama oyununda 2-ci qələbəsini qazanıb. Belə ki, qarşılaşma 1:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. Rövşən Əmiraslanovdan əla ötürmə alan Bronislav Çervenka topu güclü zərbə ilə qapıdan keçirib.
Qeyd edək ki, "İnter" ötən il "Karabükspor"la yoldaşlıq matçı keçirmiş və oyun 2:1 hesabıyla Türkiyə komandasının xeyrinə başa çatmışdı.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0