Simao “Xəzər Lənkəran”da
12.01.2011 - 13:02
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu daha bir futbolçunu baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Simao Bruno artıq komandanın düşərgəsindədir.
25 yaşlı cinah oyunçusu həm müdafiənin, həm də yarımmüdafiənin soluna oynamağı bacarır. Vətənində “Belenenseş”, “Benfika”, “Barreyrense”, “Kasa Pia” klublarında oynamış Simao 2007-ci ildən legioner həyatı yaşayır. O, Rumıniyada UTA (Arad), “Dinamo” klublarında oynadıqdan sonra Slovakiyanın “Slovan” klubuna keçib. Simao ötən mövsümü Rumıniyanın “Astra Ploeşti” klubunda başa vurub.
Qeyd edək ki, baxışda olan Brunonun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0