Rəşad Sadıqov Raul Qonzaleslə Antalyada görüşdü
13.01.2011 - 09:41
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Əskişəhərspor” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi Superliqa təmsilçisinin qış hazırlıq dövründəki 3-cü qarşılaşmasının iştirakçısı olub.
Baş məşqçi Bülənt Uyğunun yetirmələri Almaniya Bundesliqasında çıxış edən “Şalke”ni sınağa çəkiblər. 1:1 hesabı ilə başa çatan görüşə start heyətində çıxan Sadıqov matçı əvəzolunmadan keçirib. Helzenkirhenlilərin heyətindəki ispan futbolunun əfsanəsi Raul yalnız ilk 45 dəqiqqədə Rəşada rəqib olub.
Qeyd edək ki, Rəşad digər Almaniya təmsilçiləri “Aue” və “Verder”lə oyunlarda da şans qazanmışdı.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0