Kolumbiya və Latviya yığmasının oyunçuları Bakıya gəlir
13.01.2011 - 13:55
Bakının AZAL klubu heyətini milli komanda təcrübəsi olan futbolçularla gücləndirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baxışa çağırdığı Edvin Maurikia və Ritus Krjauklis yığma oyunçuları olublar.
Tam adı Edvin Maurikia Çalar olan 23 yaşlı hücumçu Kolumbiya milli komandasının sabiq oyunçusudur. 2007-ci ildə ölkəsinin U-20 yığmasında iynayan Çalar 7 oyuna 1 qol vurub. Karyerası ərzində vətənində “Atletiko Huilya”, “Enviqado”, “Atletiko Bukaramanqa”, “Deportivo Kukuta”, Ekvadorda “Deportivo” və “Manta”, “Makara” klublarında oynamış hücumçunun indiki komandası Peru təmsilçisi “Deportivo”sudur. Çaların karyerasının zirvəsi isə 2007-ci ilə təsadüf edir. Həmin vaxt o, Argentinanın məşhur “Nyuells Old Boyz” klubunda top qovub.
24 yaşlı Krjauklis isə Latviyanın əsas yığmasında oynayıb. O, 2009-ci ildə debüt etdiyi milliyə fasilələrlə çağırılmaqda olan müdafiəçi komandada 8 oyun keçirib. Karyerasını “Dinaburq”da başlayan futbolçunun növbəti, həm də son klubu “Ventspils” olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0