Azərbaycan – Macarıstan matçının başlama saatı və yeri müəyyənləşdi
13.01.2011 - 14:36
Fevralın 9-da futbol üzrə Azərbaycan və Macarıstan milli komandaları arasında baş tutacaq yoldaşlıq görüşünün başlama saatı və keçirilmə yeri müəyyənləşib.
Lent.az-ın məlumatına görə, bu haqda Macarıstan millisinin baş məşqçisi Şandor Egervari yerli mətbuata açıqlama verib.
Eqervari oyunun Dubay şəhərindəki “Əl-Şabab” stadionunda baş tutacağını bildirib. Görüşün start fiti saat 18:00-da çalınacaq. Baş məşqçi oyuna əsas heyət üzvləri ilə yanaşı, daha az təcrübəyə malik gəncləri də dəvət edəcəyini vurğulayıb.
Qeyd edək ki, “Maxtum ibn Rəşid Əl Maxtum” stadionu da adlandırılan bu arena 12 min nəfər tamaşaçı tutumuna malikdir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0