Əvvəl Bundestimdə, indi “Xəzər Lənkəran”da
13.01.2011 - 19:49
Antalyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun düşərgəsinə daha bir legioner qoşulub. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi Mirça Rednik almaniyalı futbolçu Jerom Polenzi baxışdan keçirir.
24 yaşlı yarımmüdafiəçi Berlində anadan olub. 2006-2007-ci illərdə Bremen “Verder”inin heyətində Bundesliqada 3 oyun keçirib. Sonra “Allemaniya”ya keçən Polenzi bu klubda II Bundesliqada 57 matçda meydana çıxıb.
Almaniyanın U-19 yığmasında 3, U-20-də 1 dəfə forma geyinən Jeromun “Xəzər Lənkəran”da qalıb-qalmayacağı sınaq oyunlarından sonra bəlli olacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0