Azərbaycan klubu sabiq “Qalatasaray”lıdan canını qurtardı
14.01.2011 - 10:32
Rumıniya mətbuatının neçə vaxtdır ki, “Xəzər Lənkəran”a “sırımaq” istədiyi Florin Bratu nəhayət ki özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, bununla da 31 yaşlı hücumçunun Azərbaycan klubuna keçəcəyi ilə bağlı şayiələrə son qoyulub. Belə ki, Florin ölkəsinin komandası “Qaz Metan”la anlaşıb. Bu isə o deməkdir ki, artıq onun adı “Xəzər Lənkəran”la yanaşı hallanmayacaq.
Qeyd edək ki, Rumıniya millisində 14 oyuna 2 qol vuran Bratu karyerası ərzində “Traktorul”, “Rapid”, “Dinamo” (hamısı Rumıniya), “Qalatasaray” (Türkiyə), “Nant”, “Velansyenn” (hər ikisi Fransa), “Liteks” (Bolqarıstan) klublarının şərəfini qoruyub. 2003/04 mövsümündə şərəfini qoruduğu “Cim-Bom”un heyətində 25 matça 6 qol vurub. Bundan başqa, Çempionlar Liqasında İstanbul təmsilçisinin 2 oyununda 1 dəfə fərqlənib. Türkiyəlilər Bratunu “Rapid”dən 2,1 milyon dollara transfer etmişdi. Florin Rumıniya çempionatı, kuboku, Superkuboku, həmçinin Bolqarıstan Superkubokunun qalibidir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0