Millimizin rəqiblərinin fevral sınağı
14.01.2011 - 14:41
Fevralın 9-da Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsindəki rəqibləri də yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Apasport.az saytının məlumatına görə, qrupumuzda yer alan 5 komandan yalnız Qazaxıstan futbolçuları Berti Foqtsun yetirmələri kimi neytral meydanda qüvvəsini sınayacaqlar. Onlar Belarus yığması ilə Antalyada üz-üzə gələcəklər.
Qrupumuzda yer alan Belçika, Almaniya və Türkiyə öz meydanında oynayacaqlar. Onlar müvafiq olaraq, Finlandiya, İtaliya və Cənubi Koreya yığmaları ilə qarşılaşacaqlar. Digər rəqibimiz - Avstriya isə səfərdə Hollandiya milli komandasının qonağı olacaq.
Qeyd edək ki, fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı olacaq Azərbaycan yığması orada Macarıstanla qarşılaşacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0