Rumıniya millisində qol vurdu, Lənkərana gəlir
14.01.2011 - 16:00
“Xəzər Lənkəran” klubunun düşərgəsinə bu gün daha 3 futbolçu qoşulacaq. Bu barədə apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına komandanın rəisi Səməd Mustafayev məlumat verib. O bildirib ki, həmin futbolçular axşam saatlarında komandanın düşərgəsində olacaq.
“Qaz Metan” klubundan dəvət olunan qapıçı Kosmin Vatça Lənkəran təmsilçisinə tək gəlməyəcək. Onunla yanaşı, daha 2 rumıniyalı - Pit Adrian və Çiacu Hristu da həmyerliləri Mirça Rednikin sərəncamında olub, baxışdan keçəcəklər.
25 yaşlı Hristu hücumameylli cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. Onun son klubu “Politexnika” (Timişoara) olub. 2005-ci ildən başlayaraq, Rumıniya yığmalarına cəlb olunan Hristu U-21 və U-23-də üst-üstə 20 oyun keçirib və 3 qol vurub.
28 yaşlı Pit arxa xətt oyunçusudur. Ötən ilin yayından Klujun “Universtatya” klubunda çıxış edir.
“Bihor”, “Otselul” və “Styaua”da oynamış Kosmin isə Rumıniyanın B yığmasında 1 oyun keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0