Rəşad Sadıqov növbəti oyununu da əvəzolunmadan keçirdi
15.01.2011 - 10:27
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Əskişəhərspor” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Super Liqa təmsilçisinin qış hazırlıq dövründəki 4-cü yoxlama görüşündə də forma geyinib.
Bu matçda “Əskişəhərspor” Hollandiyanın “Villem II” klubu ilə üz-üzə gəlib. 0:0 hesabı ilə başa çatan qarşılaşmaya start heyətində çıxan 29 yaşlı Sadıqov matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, Sadıqov Almaniya təmsilçiləri “Aue”, “Verder” və “Şalke” ilə matçlarda da meydana çıxıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0