“Xəzər Lənkəran” 5 legioneri bəyəndi - FOTO
15.01.2011 - 13:28
Türkiyədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” 5 legionerlə müqavilə bağlamağa hazırlaşır. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, baş məşqçi Mirça Rednik baxışda bəyəndiyi futbolçuların adlarını komanda rəhbərliyinə təqdim edib.
Bu gün tibbi müayinədən keçdikdən sonra həmin futbolçularla münasibətlər rəsmiləşəcək. Bəyənilən legionerlərdən biri portuqaliyalı Simao Brunodur. 25 yaşlı cinah oyunçusu həm müdafiənin, həm də yarımmüdafiənin solunda oynamağı bacarır.
Digər 4 futbolçu isə rumıniyalıdır. Adrian Skarlatake müdafiənin mərkəzində oynayır. Andrey Muroşan dayaq yarımmüdafiəçisi, Muşad Nikolau sol cinah müdafiəçisi, Kosmin Vatka isə qapıçıdır.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0