Jerom Polenz: Bu amil də “Xəzər Lənkəran”ı seçməyimdə rol oynadı
15.01.2011 - 13:50
“Mən Avstriyadan da dəvət almışdım”. Bunu apasport.az saytının Antalyaya ezam olunan müxbirinə “Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan almaniyalı futbolçu Jerom Polenz deyib.
Cənub təmsilçisində baxışdan uğurla keçən Polenz bildirib ki, Qratsın “Şturm” klubu ona təklif göndərib: “Hətta bu komandanın düşərgəsinə yollanmaq üçün bilet də alınmışdı. Amma fikrimi dəyişdim. Bu komandada hər şey yüksək səviyyədədir. Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın ev oyunlarında 15 minədək azarkeş olur. Bu amil də seçimimə təsir etdi”.
Xatırladaq ki, Berlində anadan olan Jerom 2006-2007-ci illərdə Bremen “Verder”inin heyətində Bundesliqada 3 oyun keçirib. Sonra “Allemaniya”ya keçən Polenzi bu klubda II Bundesliqada 57 matçda meydana çıxıb.
24 yaşlı yarımmüdafiəçi Almaniyanın U-19 yığmasında 3, U-20-də 1 dəfə forma geyinib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0