Əvvəl məşq, sonra alış-veriş
15.01.2011 - 15:20
Bakının “Neftçi” klubu Türkiyədəki hazırlığın ilk mərhələsində bu gün bir məşqlə kifayətləndi. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yerli vaxtla saat 10:45-də başlayan səhər məşqi 2 saat davam etdi və fiziki yükləmələr üzərində quruldu. Komandanın baş məşqçisi Arif Əsədovun rəhbərliyi altında keçən hazırlıqda əsas təlimatları fiziki hazırlıq üzrə türkiyəli köməkçisi Mehmet Ak verirdi. Futbolçular əsasən kross qaçaraq, dözümlükləri yoxlanılırdı.
Komandanın dünənki məşqini buraxmalı zədəli oyunçuları hazırlığa qatılmışdı. Bunlar əzələsini dartan hücumçu Ruslan Qurbanov, topuq nahiyəsində xəsarət yarımmüdafiəçi Rəşad Abdullayev və soyuqlayan müdafiəçi Ruslan Əmircanov idi. Ancaq Rəşad zədə özünü göstərdiyindən, sona kimi qaçmadı. Həkimlərin müdaxiləsindən sonra ayağı sarılan futbolçu məşq bitməmiş otelə yollanmalı oldu. Bugünkü məşqi isə digər yarımmüdafiəçi Cavid İmamverdiyev buraxdı. Zədə nəticəsində ayağı şişən gənc futbolçu məşqi kənardan izləyirdi.
Hazırlıq proqramına əsasən bu gün toplu çalışmalardan ibarət olan axşam məşqi olmayacaq. Əvəzində komandanın nahardan sonra şəhəri gəzməyə çıxması, alış-veriş edilməsi nəzərdə tutulub.
Mehman SÜLEYMANOV

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0