“İnter” “Birlik kuboku”nda qrupdan darmadağınla çıxdı
16.01.2011 - 14:00
Bakının “İnter” klubu “Birlik kuboku” turnirinin qrup mərhələsində ikinci oyununda da böyük hesabla qalib gəlib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda son çempionumuz “Neftçi”nin (Qırğızıstan) ardınca “İstiqlal”ı (Tacikistan) da 3:0 hesabı ilə yenib.
Komandamızdan qolları çexiyalı yarımmüdafiəçi Bronislav Çervanka, latviyalı hücumçu Girts Karlson və gənclər yığmamızın üzvü, sonradan meydana çıxan Şəhriyar Rəhimov vurub.
Bununla, “İnter” son tur öncəsi növbəti mərhələyə yüksəlməsini rəsmiləşdirib. Hazırda qrupda yüz faizli nəticə ilə lider olan komandamıza 1-ci yerlə çıxmaq üçün yanvarın 18-də Moldovanın “İskra-Stal” klubu ilə oyunda 1 xal da yetərlidir. Çünki moldovalıların 2 oyundan sonra hesabında 4 xal var. İlk görüşdə “İstiqlal”la 1:1-lik bərabərliyə qalan “İskra-Stal” bu gün “Neftçi”yə minimal hesabla qalib gəldi – 1:0.
Qeyd edək ki, Latviya yığmasının üzvü olan Karlson ilk oyunda da qol vurduğundan, turnirin bombardirləri siyahısında yer alıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0