“Hər belə oyun onlar üçün çox dəyərli təcrübədir”
18.01.2011 - 16:42
“Bu günkü oyunda komandanın heyəti 80 faiz əvəzedicilərdən təşkil edilmişdi. Mən çox şadam ki, gənc yetirmələrim özlərini yaxşı tərəfdən göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü mütəxəssis bildirib ki, “Birlik kuboku”nun qrup mərhələsinin son oyunda Moldovanın “İskra-Stal” komandası üzərində 1:0 hesablı qələbədə yetirmələrindən razı qalıb: “2-ci heyətlə belə biz rəqibdən yaxşı təsir bağışladıq. Bəlkə də I hissədə oyunumuz yaxşı alınmadı. Lakin II yarıda bir sıra əvəzetmələr etdik və oyunu kəskinləşdirdik. Əlbəttə ki, daha çox qol vurmaq lazım idi. Bununla belə mən gənc futbolçularımı təbrik edirəm. Hər belə oyun onlar üçün çox dəyərli təcrübədir və onların yetişməsinə xidmət edir”.
Qeyd edək ki, “İnter” “Birlik kuboku”nun qrup mərhələsində keçirdiyi hər 3 görüşdə qələbə qazanıb və pley-offa qrup lideri kimi yüksəlib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0