Azərbaycan çempionu ermənilərlə qarşılaşacaq
18.01.2011 - 17:14
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Birlik kuboku”nun qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən son ölkə çempionu “İnter”in 1/4 finaldakı rəqibinin adına da aydınlıq gəlib.
Bu, B qrupunda 3-cü turun qarşılaşmalarının başa çatmasından sonra mümkün olub. Qazaxıstan “Tobol”unun Latviya təmsilçisi “Skonto” önündə ağ bayraq qaldırması Ermənistanın “Mika” klubunun yolunu açıb. Özbəkistan çempionu “Bunedkor”u məğlub edən ermənilər qrup ikincisi kimi 1/4 finala çıxmaqla təmsilçimizə rəqib olub.
“SKONTO” (LATVİYA) – “TOBOL” (QAZAXISTAN) – 3:0
“MİKA” (ERMƏNİSTAN) – “BUNEDKOR” (ÖZBƏKİSTAN) – 2:1
Qeyd edək ki, Azərbaycan çempionunun 1/4 finaldakı oyunu sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu, Azərbaycan çempionlarının “Birlik kuboku”nda ermənilərlə 3-cü görüşü olacaq. 2005 və 2006-cı illərdə “Neftçi” və “Pünik” qarşılaşmışdılar. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən “Neftçi” sonda kubokun sahibi olmuşdu.

1 | “Skonto” | 3 | 2 | 1 | 0 | 6-1 | 7 |
2 | “Mika” | 3 | 1 | 1 | 1 | 4-5 | 4 |
3 | “Tobol” | 3 | 1 | 1 | 1 | 4-6 | 4 |
4 | “Bunedkor” | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
Qeyd edək ki, Azərbaycan çempionunun 1/4 finaldakı oyunu sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu, Azərbaycan çempionlarının “Birlik kuboku”nda ermənilərlə 3-cü görüşü olacaq. 2005 və 2006-cı illərdə “Neftçi” və “Pünik” qarşılaşmışdılar. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən “Neftçi” sonda kubokun sahibi olmuşdu.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0