Hüseynovu istəyən kim, buraxan kim?
19.01.2011 - 00:03
“Ramal Hüseynov hazırda komandanın məşqlərində iştirak edir. Onun hansısa kluba keçidi gündəmdə deyil”. Bunu apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Veteran yarımmüdafiəçinin yenidən Türkiyə klublarının diqqət mərkəzində olduğu iddia edilir. Hətta onun qardaş ölkəyə baxışa yollanacağı da deyilirdi. Futbolçunun getməsində heç “Gəncə” də maraqlı deyil. Onsuz da ilk “altılıq”dan əlini üzən əyalət təmsilçisi diqqətini Premyer Liqadakı yerini möhkəmlətməyə yönəldib. Bu üzdən də yerli futbolçuları kənara buraxmaq haqda düşünmür: “Onun klubla may ayına qədər müqaviləsi var. Ramalın hansısa komandaya keçmək istəməsi ilə bağlı bizə müraciət etməyib. Əgər müraciət etsə, həmin an nəsə demək olar. Lakin biz Ramalın komandada qalmasını istəyirik”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0