“Bakı” üçün yeni rəqib
19.01.2011 - 13:51
Antalyada təlim-məşq toplantısını davam etdirən “Bakı” klubunun daha 1 rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” ilk görüşünü Qazaxıstanın “Akjayik” komandasına qarşı keçirməyi qərara alıblar.
Uralsk təmsilçisi ilə matç yanvarın 21-də baş tutacaq. Aleksandr Starkovun rəhbərliyi altında debüt qarşılaşması komandanın məskunlaşdığı “Su Səsi” otelinin bazasında Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, “Bakı” Antalyaya yollanmazdan öncə ilk yoldaşlıq görüşünü Qazaxıstanın digər klubu – “Şaxtyor”a (Karaqanda) qarşı keçirməyi planlaşdırırdı. Həmin oyun isə təqvimə uyğun olaraq, “Akjayik”lə qarşılaşmadan 1 gün sonra baş tutacaq.
Mənbə: www.fcbaku.com

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0