Rövnəq Abdullayev “İnter”i təbrik etdi
19.01.2011 - 19:20
“Ötən mövsüm Azərbaycan çempionu olmuş “İnter”in “Birlik kuboku”ndakı uğurlu çıxışı hər birimizi sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
AFFA rəhbəri Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Birlik kuboku”nda Bakının “İnter” komandasını yarımfinalına yüksəlməsi münasibəti ilə təbrik edib: “Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldır. “İnter”in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edir, “İnter”ə daha böyük uğurlar arzulayıram”.
Qeyd edək ki, “İnter” “Birlik kuboku”nun qrup mərhələsində Qırğızıstanın “Neftçi” (3:0), Taciktistanın “İstiqlal” (3:0), Moldovanın “İskra-Stal” (1:0), 1/4 final mərhələsində isə Ermənistanın «Mika» klubunu (4:0) məğlubiyyətə uğradıb.
Mənbə: affa.az

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0