“İnter” ilk dəfə “Birlik kuboku”nun finalında! - YENİLƏNİB
21.01.2011 - 19:49
Bakının “İnter” klubu “Birlik kuboku”nun ilk finalçısı olub. Apasport.az saytının məlumatına görə, gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komandamız bu gün turnirin ilk yarımfinalında Rusiyanın “Zenit” klubunun əvəzedici heyətini darmadağın edib – 5:0. Bununla da “İnter” tarixində ilk dəfə finala yüksəlib, Sankt-Peterburq klubu yarışın keçirildiyi doğma şəhərlərində yerli publikanı çox məyus edib. “Bankirlər” bundan əvvəl Moskvada qatıldıqları “Birlik kuboku”nda məhz yarımfinalda mübarizəni dayandıraraq, Qazaxıstanın “Aktobe” klubuna uduzmuşdu.
Bu, hələ ki yüz faizli nəticə göstərən, qol buraxmayan yeganə komanda olan “İnter”in turnirdə ən böyük hesablı qələbəsidir. “Zenit”lə oyunda het-trik edən latviyalı hücumçu Girts Karlson 6 qolla “Birlik kuboku”nun bombardiridir.
“İnter”in yanvarın 23-də Bakı vaxtilə saat 16:00-da finalda rəqibi bu gün “Skonto” (Latviya) – “Şaxtyor” (Belarus) oyununda bilinəcək.
“Birlik kuboku”
1/2 final
“İNTER” (AZƏRBAYCAN) – “ZENİT” (RUSİYA) - 5:0
QOLLAR: Karlson, 2, 15, 53, Zlatinov, 7, Əmiraslanov, 68
Peterburq İdman Konsert Kompleksi

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0