“İnter” ilk dəfə “Birlik kuboku”nun qalibi oldu
23.01.2011 - 18:30
Bu gün “Birlik kuboku” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XIX ənənəvi yarışın finalında Azərbaycan çempionu “İnter” Belarusun gümüş medalçısı “Şaxtyor”a qalib gələrək, ilk dəfə turnirin qalibi olub.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən, hərəsi 10 dəqiqə olmaqla əlavə vaxt təyin edilib. Ancaq həmin 20 dəqiqəlik mübarizədə də hesab açılmayıb. Belə olan halda, oyun sonrası penaltilər təyin edilib. Hər komanda 5 zərbənin 2-ni qeyri-dəqiq yerinə yetirib. Komandamızda gürcü müdafiəçi İlya Kandelaki ilə bolqar yarımmüdafiəçi Petar Zlatinov qapıçı ilə dueldən qalib ayrıla bilməyib. Rəqib son zərbəni dəqiq vurmaqla, turnirin qalibi olmaq şansına malik olsa da, gürcü qapıçımız Georgi Lomaya zərbəni qaytarmaqla, buna imkan verməyib. Əlavə zərbələlərin üçüncüsündə belaruslu futbolçunun əsəbləri tarıma çəkilərək, zərbəni yana vurub. Bununla da “Birlik kuboku”nun 3-cü dəfə Bakıya gəlməsi reallaşıb.
Qeyd edək ki, “İnter”ə qədər 2006-cı ildə “Neftçi” Moskvada, 2 il sonra “Xəzər Lənkəran” Sankt-Peterburqda turnirin qalibi olub.
“Birlik kuboku”
Final
16:00. “İnter” (AZƏRBAYCAN) – “Şaxtyor” (BELARUS) 0:0 (penaltilərlə - 6:5)
Peterburq İdman Konsert Kompleksi
Oyun sonrası penaltilər seriyası
Karlson (1:0), Sitko (1:1), Assioli (2:1), Rojkov (2:1), Çervenka (3:1), Belous (3:2), Kandelaki (3:2), Kolomıts (3:3), Zlatinov (3:3), Polyakov (3:3), Çertoqanov (4:3), Kurskis (4:4), Levin (5:4), Leonçik (5:5), Mjavanadze (6:5), Qrenkov (6:5).

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0