Rəşad Sadıqov qayıtdı, “Əskişəhərspor” 6-cı pilləyə qalxdı
22.01.2011 - 23:22
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunun əsas heyətinə qayıdışı uğurlu olub. Apasport.az saytının məlumatına görə, Bülənt Uyğunun çalışdırdığı komanda səfərdə “Gənclərbirliyi”nə 1:0 hesabı ilə qalib gəlib.
Qələbə topunu oyunun 54-cü dəqiqəsində Burhan Eser vurub. Zədəsini tam sağaldan Rəşad 2,5 aylıq fasilədən sonra yaşıl meydana qayıdıb. O, 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Uyğunun gəlişindən sonra uğurlu oyunlar seriyasını davam etdirən “Əskişəhərspor” xallarının sayını 25-ə çatdıraraq, turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0