“Neftçi”nin futbolçuları üçün “Konkone testi”
23.01.2011 - 13:31
Qış çempionu olan Bakının “Neftçi” klubu bu gün növbəti məşqinə çıxıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçulardan ilk olaraq Bahodir Nasimov, Flavinyo, Ruslan Qurbanov, həmçinin Türkiyənin Antalya şəhərindəki hazırlığın ikinci mərhələsinə aparılacaq əvəzedici heyətin üzvləri Kərim Diniyevlə Malik Babayev fiziki hazırlıq üzrə türkiyəli məşqçi Mehmet Akın nəzarətində "Konkone testi”ni veriblər. Bahodirə istirahət verildiyindən, Antalyadakı hazırlığın ilk mərhələsində iştirak etməmişdi. Flavinyo ilə Ruslan isə Türkiyədəki toplanışa qatılsalar da, zədə problemləri olmuşdu. Braziliyalı müdafiəçi Denis Silva daxil olmaqla digər futbolçular Bakıdakı məşqdə iştirak ediblər.
Qeyd edək ki, paytaxtdakı hazırlığı bitirən "Neftçi" Antalyaya ikinci təlim-məşq toplanışına sabah yollanacaq.
Qeyd edək ki, paytaxtdakı hazırlığı bitirən "Neftçi" Antalyaya ikinci təlim-məşq toplanışına sabah yollanacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0