“Neftçi” “Qalatasaray”la rəsmi müqavilə imzaladı
23.01.2011 - 19:24
“Neftçi" və "Qalatasaray" klubları arasında danışıqlar müsbət nəticələnib. Apasport.az saytının məlumatına görə, Bakı və İstanbul təmsilçiləri rəsmi müqavilə imzalayıblar. “Qalatasaray”ın idman direktoru Adnan Sezginin imzası ilə göndərilən müqavilə "Neftçi"nin rəhbərliyi tərəfindən müzakirə edilib. Müqavilə klub prezidenti Sadıq Sadıqovun imzası ilə təsdiq edilərək, "Qalatasaray"ın prezidenti Adnan Polata göndərilib.
2011-12-ci illəri əhatə edən müqavilədə həm Bakı, həm də İstanbulda yoldaşlıq oyunlarının keçirilməsi, "Neftçi"nin gənc futbolçularının təcrübə toplaması məqsədilə "Qalatasaray"ın düşərgəsinə yollanması və s. layihələrin aparılması nəzərdə tutulub.
Mənbə: neftchifc.com

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0