Adebayor “Real”da
26.01.2011 - 11:08
Madridin “Real” klubu hücumçu problemini həll edib. Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi İngiltərənin “Mançester Siti” komandasının forvardı Emmanuel Adebayorun transferini həll edib.
Toqolu futbolçu “kral klubu”nda icarə əsasında çıxış edəcək. Onun Madriddə 6 ay oynaması üçün “Real” “Mançester Siti”yə 4 milyon avro ödəyib. Mövsümün sonunda isə ispanlar Adebayorun bir dəfəlik transfer hüququna yiyələnmək istəsələr, əlavə olaraq 17,4 milyon avro da xərcləməli olacaqlar.
Qeyd edək ki, “Real” argentinalı bombardiri Qonsalo İquainin zədələnməsindən sonra Almaniya “Hamburq”undan Rud van Nistelroyu yenidən komandaya qaytarmaq istəsə də, arzusunu reallaşdıra bilməyib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0