Messi anasını təbrik etdiyi üçün cəzalandı
26.01.2011 - 11:20
İspaniya Futbol Federasiyası “Barselona” klubunun futbolçusu Lionel Messini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, argentinalı “Rasinq”lə çempionat oyununda vurduğu qol qaydalar çərçivəsindən kənar qeyd etdiyi üçün cəzalanıb. Bu üzdən Lionel 2 min avro ödəməli olacaq.
Məsələ ondadır ki, penaltidən fərqlənən futbolçu telekameraların qarşısına qaçaraq formasını yuxarı qaldırıb və alt köynəyindəki yazını nümayiş etdirib. Orada “Ad günün mübarək, ana” yazılsa da, bu qaydalara zidd olub. Elə bu səbəbdən də təbrik 2 min avroya başa gəlib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0