”Bakı” Antalyada məğlubedilməzdir
26.01.2011 - 17:01
Bu gün “Bakı” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında 3-cü yoxlama oyununu keçirdi. Apasport.az saytının məlumatına görə, Ukraynanın Premyer Liqa təmsilçisi olan Zaporojye “Metallurq”u ilə oyunun başlama vaxtı saat 17:00-a təyin olunsa da, 4 futbolçumuzun bu gün milli komanda düşərgəsinə yola düşəcəyindən, görüş 3 saat əvvəl oynanıldı. Qarşılıqlı hücumlar və maraqlı mübarizə şəraitində keçən oyunda qapılara qol vurulmayıb – 0:0
Bununla da “Bakı” latviyalı yeni baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altında Antalyada keçirdiyi yoxlama oyunlarında məğlubiyyətsizlik seriyasını davam etdirdi. Komanda daha əvvəl Qazaxıstanın təmsilçiləri - "Akjayık" (3:0) və "Şaxtyor"la (1:1) görüşüb. “Bakı” növbəti yoxlama oyununu yanvarın 31-də Rumıniyanın "Panduri" klubu ilə keçirəcək.
Qeyd edək ki, Zaporojye “Metallurq” bu gün saat 19:00-da Antalyada digər klubumuz – “Xəəzr Lənkəran”la oyuna çıxacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0