“Abşeron” “Zenit”lə yoldaşlıq görüşü keçirəcək
27.01.2011 - 12:14
Azərbaycan çempionatının I divizionunun lideri olan “Abşeron” klubu Türkiyədə daha 5 yoxlama oyunu keçirəcək. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Antalyada hazırlığını davam etdirən paytaxt təmsilçisi yanvarın 28-də Gürcüstanın “VİT Corciya” və Cənubi Koreyanın “Yonsei” universitet komandası ilə yoldaşlıq görüşü keçirəcək. Digər 2 oyunun yanvarın 30-da Rumıniyanın “Viktoriya” və Sankt-Peterburqun “Zenit” komandası ilə baş tutacağı gözlənilir. Rumıniyanın “Vointa Sibiu” klubu ilə oyun fevralın 3-də olacaq.
Qeyd edək ki, ölkə kubokunda mübarizəni davam etdirən “Abşeron” Türkiyədə keçirdiyi yoxlama oyunlarında Almaniyanın “Vupertall” klubuna 4:2, Qazaxıstan “Akjayık”ına 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ölkə kubokunda mübarizəni davam etdirən “Abşeron” Türkiyədə keçirdiyi yoxlama oyunlarında Almaniyanın “Vupertall” klubuna 4:2, Qazaxıstan “Akjayık”ına 1:0 hesabı ilə qalib gəlib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0