“Neftçi” Antalyada gəzintiyə çıxacaq
27.01.2011 - 14:55
Azərbaycan Premyer Liqasına Türkiyənin Antalyada şəhərində hazırlaşan Bakının “Neftçi” klubu məşqləri davam etdirir. Apasport.az saytının məlumatına görə, dünən yoxlama matçında Ukrayna “Arsenal”ı üzərində qələbənin ardından “ağ-qaralar” bu gün səhər ilk məşqə çıxıblar. Məşq əsasən fiziki hazırlıqdan ibarət olub. Futbolçular “Polor saatları” ilə 50 dəqiqə qaçıblar. Həmin müddət ərzində qapıçılar ayrıca tapşırıqlar üzərində çalışıblar.
Ardından məşq fitnes zalında davam etdirilib. Yığmanın heyətinə yollanan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə istisna olmaqla, hazırlıqda bütün futbolçular iştirak ediblər. Bugünkü qrafikə əsasən, komanda üzvlərinə nahardan sonra istirahət verilib və onlar Antalyanın mərkəzinə gəzintiyə gedəcəklər.
Qeyd edək ki, yanvarın 24-də start götürən təlim-məşq toplanışı fevralın 4-də başa çatacaq.
Mənbə: neftchifc.com

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0