Ramiz Məmmədov Qazaxıstanda yeniliklərlə üzləşdi
27.01.2011 - 16:27
“Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov Qazaxıstanda yeniliklərlə üzləşdi. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsi yeni mövsümün reqlamentinə əsaslı dəyişiklər edib. Belə ki, ötən mövsümün kubokun finalçısı bu turnirin yeni mövsümündə ilk mərhələdən azad olaraq, mübarizəyə 1/8 finalda başlayacaq. Məmmədov Qazaxıstan kubokunda aprelin 13-də keçiriləcək ilk oyunlarla debüt edəcək.
Çempionatla bağlı dəyişikliyə əsasən iştirakçılar ilk mərhələdən sonra yığdıqları xallara görə hərəsində 6 komanda olmaqla 2 qrupa bölünəcək. Qruplar formalaşandan sonra ilk mərhələdəki xallar 2 yerə bölünəcək. Əgər komanda tək xal yığarsa, o, yuvarlaşdırılacaq. Misal üçün 33 xal olarsa, yarıya bölünəndən sonra yuvarlaşdırılaraq, 17 olacaq. Bu yenilik 2-ci mərhədə intriqanın artırılması, azarkeşlərin bütün çempionata marağını qalması üçün tətbiq edilib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0