Sabiq klub prezidentinə 9 il həbs cəzası verildi
28.01.2011 - 12:30
Bolqarıstanın MOİK klubunun sabiq prezidenti Aleksandr Tomov 9 il müddətinə azadlıqdan məhrum edilib. Apasport.az saytının məlumatına görə, komanda rəsmisi vəzifədə olduğu müddətdə 14 milyon lev (7 milyon avro) mənimsəməkdə təqsirkar bilinib.
Prokurorluq Tomovu küllü miqdarda ziyan verməklə yanaşı, klubun kassasından 3,5 milyon avro götürdüyünü də üzə çıxarıb. Lakin yekun qərarda Sofiya şəhər məhkəməsi təqdim edilən sübutları nəzərə almayıb.
Qeyd edək ki, Tomov qərarla bağlı 2 həftə müddətində apelyasiya məhkəməsinə müraciət edə bilər. Klub rəsmisi hakimin onun haqqında çıxardığı hökmü haqsız adlandırıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0