“Bu toplanışdan gələcək üçün bir neçə oyunçu tapa biləcəyik”
28.01.2011 - 13:57
“Bu oyunun hansı hesabla başa çatacağı bizim üçün o qədər də əhəmiyyət kəsb etmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert deyib.
Alman mütəxəssis Türkiyənin Antalya şəhərində Macarıstanla keçirilən yoldaşlıq oyunu haqda fikirlərini bildirib: “Əsas o idi ki, toplanışa çağırdığımız oyunçuların taktiki və texniki bacarığını görək. Futbolçuların cəmi iki gün birlikdə məşq etməsinə baxmayaraq, oyunda bəzi müsbət nüanslar var idi. İlk təəssüratımız belədir ki, bu toplanışdan gələcək üçün bir neçə oyunçu tapa biləcəyik”.
Qeyd edək ki, yığmamız Macarıstanla oyunda 2:0 hesabı ilə qalib gəlib.
Mənbə: affa.az

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0