“Xəzər Lənkəran”ın təklifinə valeh oldum”
28.01.2011 - 14:15
“Mən “Xəzər Lənkəran”ın təklifinə valeh oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Universtatya” (Kluj) klubunun kapitanı Qabi Boştina deyib.
Adı Mirça Rednikin transfer siyahısında olan, lakin “Xəzər Lənkəran”dan aldığı təklifdən imtina edən futbolçu qərarının səbəbsiz olmadığını bildirib: “Artıq 33 yaşım var. Təbii ki, karyeramın sonlarında belə təklif almağım məni sevindirməyə bilməzdi. Əlbəttə həmyerlilərimlə birlikdə Azərbaycan çempionu olmaq da yaxşı olardı. Lakin gələcəyimi və karyeramın sonunu elə “Universtatya”da görürəm. Futbollla vətənimdə vidalaşmaq istəyirəm”.
Qeyd edək ki, karyerası ərzində “Çimentul”, “Otselul”, “Styaua”, “Dinamo” klublarında da oynamış Qabi Rumıniya milli komandasında 4 oyun keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0