Qazaxıstan yığmasının yeni baş məşqçisi müəyyənləşdi
31.01.2011 - 18:10
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığmasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın uğursuzluqları üzündən istefaya göndərilən almaniyalı Bernd Ştorku çexiyalı Miroslav Beranek əvəzləyib. Onunla “1+2” il müddətinə müqavilə imzalanıb.
Bu gün Qazaxıstan Futbol Federasiyası yeni baş məqşçinin təqdimat mərasimini keçirib. Barenek 2002-ci ildə Çexiya yığmasını gənclər arasında Avropa çempionu tituluna daşıyıb. İki il sonra isə əsas komandanın bürünc medal qazandığı Avro-2004-də yığmanın məşqçilər korpusunda yer alıb.
Beranekin qarşısına seçmə mərhələ ilə bağlı konkret vəzifə qoyulub: Qazaxıstan yığması Almaniya, Türkiyə, Avstriya, Belçika və Azərbaycanın yer aldığı qrupda 5-ci yeri tutmalıdır. Millimizlə qazaxıstanlıların qrupun aşkar autsayderləri olduğunu nəzərə alsaq çexiyalıdan yığmamızı arxada qoymaq tələb olunur.
Qeyd edək ki, Qazaxıstan yığması seçmə mərhələnin 4 oyununda xal toplamayıb. Beranekin debütü fevralın 9-da Belarusla oyuna təsadüf edəcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0