Dubayda puç olan ümidlər - FOTO
01.02.2011 - 16:36
“Dubaya böyük ümidlərlə yollanmışdım. Milli komandanın formasını geymək hər bir oyunçunun arzusudur. Milli komandadan kənar qaldığım üçün üzgünəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Əziz Quliyev deyib.
Yığmanın BƏƏ-də keçirilən toplanışını zədə üzündən tərk edən “Bakı”nın yarımmüdafiəçisi klubun rəsmi internet saytına açıqlama verib: “Ayağımda ağrılar yarandı. Bu səbəbdən həkimlərə müraciət etdim. Zədəmin ciddi olmadığı bildirilir. Ancaq bununla belə həkimlərin qərarı ilə intensiv məşqlərə ara verməliyəm. İnanıram ki, yaxın günlərdə sıraya qayıdacağam".
Qeyd edək ki, klubun Türkiyənin Antalya şəhərindəki düşərgəsinə qayıdan Quliyev bu gün müayinə olunub. Tibbi yoxlamadan keçirilən milliləşən rusiyalının zədəsinin ciddi olmadığı aydınlaşıb. O, bir neçə gün ərzində komandadan ayrı məşq edəcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0