Abdulah İbrakoviç: “Neftçi” çox yaxşı komandadır
02.02.2011 - 00:13
Bosniya və Herseqovinanın "Çelik Zenitsa" klubunun baş məşqçisi Abdulah İbrakoviç "Neftçi" ilə yoxlama matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, mütəxəssis “ağ-qaralar”ın güclü rəqib olduğunu vurğulayıb: “Oyun bizə çox çətin oldu. Bu görüşün hər iki komandanın hazırlığına böyük xeyri var. "Neftçi"nin Azərbaycan çempionatının lideri olmasını bilirik. Buna görə də onlara yoxlama matçı keçirməyi təklif etmişdik. "Neftçi"nin gücünü gördükdən sonra sparrinq-rəqib seçməkdə yanılmadığımızı başa düşdük. Həqiqətən də "Neftçi" çox yaxşı komandadır".
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0