Azərbaycan milli komandası FİFA-nın reytinqində gerilədi
02.02.2011 - 13:22
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 2 pillə geriləyib. İlk “yüzlüy”ü tərk etmək üzrə olan millimiz indi 344 xalla 99-cu yerdədir. Berti Foqtsun çalışdırdığı komandamız UEFA-nın reytinqində 44-cü pillədə gedir.
Yığmamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü yer, 1485 xal), Türkiyə (31-ci yer, 741), Belçika (58-ci yer, 526) və Qazaxıstan (137-ci yer, 167) mövqelərində qalıb. Yalnız Avstriya 1 pillə irəliləyərək, 569 xalla 45-ci yerdədir. Fevralın 9-da Dubayda yoldaşlıq görüşündə rəqibimiz olan Macarıstan yığması 4 pillə irəliləyib (37-ci yer, 632).
Reytinqə əvvəlki tək son Avropa və dünya çempionu İspaniya yığması (1887) başçılıq edir. Hollandiya 1723 xalla 2-ci yerdə qalıb.
Qeyd edək ki, millimiz yanvarda FİFA-nın reytinqində 6 pillə irəliləmişdi.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0