Sadıq Sadıqov: Biz kluba 15-20 legioner cəlb etmək istəmirik
03.02.2011 - 14:25
“Mənim Antalyada olmağımın bir səbəbi komandanın məşqlərini, oyunlarını izləmək, futbolçularla, məşqçilərlə görüşmək idisə, digər tərəfdən də qış transfer mövsümündə dəvət olunan oyunçularla müqavilələri bağlamaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Komandasının Türkiyədəki Antalya şəhərində təlim-məşq toplanışına qatılan Sadıqov əsas məqsədlərinin söz verilən supertransferi reallaşdırmaq olduğunu bildirib: “Bu gün "Neftçi" azarkeşlərinə şad xəbər verə bilərəm. Artıq braziliyalı futbolçu Rodriginyo "Neftçi"nin oyunçusudur. Dünya səviyyəli "Santos" klubunun heyətində çıxış edən futbolçunu Azərbaycana gətirmək heç də asan deyil. Ötən mövsümün sonunda 13-14 legionerlə yollarımızı ayıraraq, bu transferləri reallaşdıraraq, "Neftçi"nin hansı hədəflərə nail olmaq istədiyini açıq-aşkar göstərdik. Ən əsası da biz komandaya 15-20 legioner cəlb etmək istəmirik. Az sayda səviyyəli legionerlərin transferi, yerli gənclərin onlarla birgə heyətdə çıxış etməsi nəinki "Neftçi", eləcə də Azərbaycan milli komandası üçün də faydalıdır".

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0