21 yaşlı futbolçular üçün
03.02.2011 - 17:15
1990-cı il təvəllüdlü futbolçular 2013-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak edə biləcəklər. Apasport.az saytının məlumatına görə, həmin il anadan olan futbolçulardan 21 yaşları tamam olanlar da bu yaş qrupundan ibarət yığmalar (U-21) arasında martın 25-də startı veriləcək seçmə mərhələ oyunlarının sonuna kimi çıxış etmək hüququna malikdirlər.
Yəni, qayda 1990-cı ilin yanvarın 1-dən bu yana anadan olanların hamısına aiddir. Seçmə mərhələdə oyunlar gələn ilin payızına kimi davam edəcək ki, həmin vaxt 1990-cı il təvəllüdlülərin 22 yaşı olacaq. Ancaq bu, onların 2013-cü ilin yayında İsraildə bitəcək final mərhələsinə qədər çıxışına mane olmayacaq.
Qeyd edək ki, Azərbaycanın U-21-i bu gün keçirilən püşkün nəticəsində VIII qrupda İngiltərə, Belçika, İslandiya və Norveçlə bir yerə düşüb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0