“Qalatasaray”: Yeni mövsümə, yeni baş məşqçi ilə
03.02.2011 - 17:42
“Qalatasaray” yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda komandanın “sükanı arxası”nda olan rumıniyalı mütəxəssis Georgi Hacını əvəzləyəcək çalışdırıcının adı məlum olub.
Həmkarlarımızın yazdıqlarına əsasən, növbəti mövsümdən “sarı-qırmızılar”a almaniyalı Ralf Rangnik rəhbərlik edəcək. Bildirilir ki, artıq “Cim Bom” rəsmiləri “Hoffenhayam” klubunun sabiq baş məşqçisi ilə danışıqları yekunlaşdırıb.
Rangnik özü də Almaniya mətbuatına müsahibəsində “Qalatasaray”la bağlı suala aydınlıq gətirib: “İstanbul klubu mənim üçün önəmli bir seçimdir. Hazırda konkret bir şey yoxdur. Amma gələcəkdə hər şüy mümkündür”.
Qeyd edək ki, “Qalatasaray” Super Liqada 19 turdan sonra 26 xalla 10-cu yerdədir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0