Matteus yenə boşandı - FOTOSESSİYA
04.02.2011 - 11:59
Bolqarıstan millisinin baş məşqçisi Lotar Matteus növbəti dəfə boşanıb. Apasport.az saytının məlumatına görə, alman futbolunun əfsanəsi artıq 4-cü dəfədir ailə həyatına son qoyub.
Matteus 1 il əvvəl evləndiyi ukraynalı model Liliana Çudinova ilə ayrılıb. Sabiq futbolçu bildirib ki, ailəsinin dağılacağını əvvəldən bilirmiş: “Cəmi 1 il evli olsaq da, həmişə gərgin münasibətlərdə olmuşuq. Hər dəfə ailəmizi xilas etməyə çalışırdıq. Lakin 3 ay əvvəl başa düşdük ki, hər şey bitib və birgə yaşamağımız mümkün deyil”.
Qeyd edək ki, almaniyalı daha çox – 11 il ilk həyat yoldaşı Silviya ilə yaşaya bilib. Bu evlilikdən onların 2 qızları var. İsveçrəli teleaparıcı Lolita Moreno 5 il, serbiyalı Mariana isə 3 il Matteusla ailəli olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0