“Bakı” ilə oyun Nigeriya ilə matçdan daha vacibdir”
05.02.2011 - 15:05
“Syerra-Leone futbol assosiasiyasından dəvət almışam. Onlar məni Nigeriya ilə oyuna çağırıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun futbolçusu Samuel Barlay deyib.
Syerra-Leone mətbuatına açıqlama verən 24 yaşlı yarımmüdafiəçi yığmasının fevralın 9-dakı yoldaşlı oyununa qatılmayacağına aydınlıq gətirib: “Lakin bir məsələ də var ki, yeni klubumla müqaviləni bu yaxınlarda bağlamışam. Bu səbəbdən də “Muğan”ın əsas heyətində möhkəmlənməliyəm. İndiki vəziyyətdə mənim yığmaya yollanmağa sadəcə olaraq vaxtım yoxdur. Fevralın 12-də “Bakı” ilə çox vacib oyunumuz var. Bu matç mənim üçün ayın 9-da keçiriləcək Nigeriya ilə matçdan daha vacibdir. Milli komandada oynamaq mənim üçün şərəflidir. Lakin indi vəziyyətimi anlayışla qarşılamalıdırlar. Mən klubumuz prezidenti ilə də məsələni müzakirə etdim. O. Mövsümün 2-ci hissəsinin ilk oyununda mənim onlara lazım olduğmu bildirdi”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0