Roberto Karlos Mahir Şükürovun yanına gəlir
05.02.2011 - 17:07
Braziliya futbolunun əfsanələrindən sayılan Roberto Karlos Azərbaycan milli komandasının üzvü Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubuna keçə bilər. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin baş məşqçisi Hacı Hacıyev də belə bir variantın mümkünlüyünü bildirib.
O, bildirib ki, Karlos “Anji”yə keçidi müzakirə olunan futbolçulardandır: “Biz bir sıra oyunçuların keçidini götür-qoy edirik. Heç nə dəqiqləşmədiyindən konkret ad çəkə bilmərəm. Lakin ortabab klubun dünyada populyar olan oyunçu transfer etməsi həmişə özünü doğruldub. Bu, futbolun kütləviləşməsinə, marağın artmasına təkan verir. Roberto Karlos və ya onun kimi digər ulduzlara gəlincə isə onları “Anji”yə namizəd saymaq düzgün deyil. Çünki namizəd ən azı ilkin razılıq əldə olunan futbolçulara demək olar. Braziliyalı kimilərin adları isə yalnız məşqçilərlə müzakirələrdə hallanıb”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0