“Gəncə” legionerləri sınayır
07.02.2011 - 16:30
Futbolçu axtarışında olan “Gəncə” bir müddət əvvəl heyətdən kənarlaşdırdığı Patris Nukeunu geri qaytarıb. Apasport.az saytının xəbərinə görə, az öncə transferə çıxardığı kamerunlu yarımmüdafiəçinin xidmətinə yenidən ehtiyac duyan əyalət təmsilçisi onunla müqavilənin müddətini mövsümün sonuna qədər uzadıb.
Vüsal Hüseynov, Asəf Qədiri, Renat Sultanov, Samir Abdulovla da ortaq məxrəcə gələn “Gəncə” seleksiya işlərini davam etdirir. Klubun prezidenti Elmir Əliyevin sözlərinə görə, bu gün gecə saatlarında Bosniyalı yarımmüdafiəçi Gəncəyə gələcək. O, sabah komanda ilə birgə məşqlərə qatılacaq. Ondan başqa, Baltikyanı ölkələrdən də futbolçular gələcək. Baxışa gələnlər haqda həftəsonuna qədər qərar veriləcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0